Bank Of Baku

“Azərbaycan ərazilərində kasetli silahların tədqiqinin monitorinqi” layihəsinə həsr olunmuş mətbuat konfransı keçirilib

“Azərbaycan ərazilərində kasetli silahların tədqiqinin monitorinqi” layihəsinə həsr olunmuş mətbuat konfransı keçirilib
# 28 avqust 2007 12:56 (UTC +04:00)
“Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyi (MƏAKİB) “Azərbaycan ərazilərində kasetli silahların tədqiqinin monitorinqi” layihəsinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, MƏAKİB-in sədri Hafiz Səfixanov monitorinqin respublikanın Tovuz, Tərtər və Fizuli rayonları ərazisində keçiriləcəyini bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində kasetli silahların tətbiq olunduğu sahələr müəyyənləşdiriləcək və bu haqda ictimaiyyətə məlumat veriləcək. H. Səfixanov kasetli silahların aşkarlanması üçün ANAMA ilə əməkdaşlıq edəcəklərini vurğulayıb. Tədbirdə iştirak edən “Human Rights Watch” təşkilatının eksperti Mark Hisley işğal altında olan Dağlıq Qarabağda partlamamış kasetli silahların mövcud olduğu 162 ərazinin müəyyən edildiyini bildirib. Bu il aprel ayına kimi bu hissəciklərin partlaması nəticəsində 5 nəfərin həlak olduğunu, 8 nəfərin isə xəsarət aldığını deyən ekspert qeyd edib ki, Dağlıq Qarabağda mina təmizlənməsi prosesi zamanı kasetli silahların 650 xırda hissəcikləri götürülüb. Ekspert Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş digər ərazilərində bu tip silahların olub-olmamasının dəqiqləşdirilmədiyini deyib. Minalar Əleyhinə Beynəlxalq Kompaniyanın əməkdaşı kasetli silahların təsirinə 30 ölkənin məruz qaldığını bildirib. Onun sözlərinə görə, bu ölkələrin əksəriyyətini Cənub-Şərqi Asiya ə Afrika ölkələri təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR