Bank Of Baku

2007-ci ilin birinci rübü ərzində 200 nəfər insan alverinin qurbanı olub

2007-ci ilin birinci rübü ərzində 200 nəfər insan alverinin qurbanı olub
# 29 avqust 2007 10:22 (UTC +04:00)
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda insan alveri ilə mübarizədə mövcud vəziyyət” adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, birliyin sədri Nazir Quliyev bildirib ki, təşkilatın fəaliyyət istiqamətlərindən biri insan alveri problemi barədə cəmiyyəti məlumatlandırmaqdan ibarətdir. O, insan alveri probleminin fəsadlarına, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində qanunvericilik aktlarının qəbul olunmasına və bununla bağlı cəmiyyəti narahat edən məsələlərə toxunub. N. Quliyev insan alveri ilə mübarizə məqsədilə hüquqşünaslar şəbəkəsinin yaradılmasının zəruriliyini vurğulayıb. N. Quliyev Daxili İşlər Nazirliyinin məlumatlarına istinad edərək bildirib ki, 2007-ci ilin birinci rübü ərzində respublika üzrə bu sahədə 75 cinayət faktı aşkar edilib, 72 cinayət işinin istintaqı aparılıb, bu cinayətləri törətdiklərinə görə 79 məsuliyyətə cəlb olunub, habelə insan alverinin qurbanı olan 200 nəfər müəyyənləşdirilib. UNİCEF-in Azərbaycan Nümayəndəliyinin əməkdaşı Minur Məmmədov isə hər il dünyada 1,2 milyon uşağın insan alverinin qurbanı olduğunu diqqətə çatdırıb. O, bu cinayətlə mübarizə aparılması üçün dünya dövlətlərinin əməkdaşlığının vacibliyini də qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR