Bank Of Baku

“Həyati bacarıqlara əsaslanan təhsil” layihəsi çərçivəsində 10 rayonda 1500 müəllim və valideyn üçün təlim keçilib

“Həyati bacarıqlara əsaslanan təhsil” layihəsi çərçivəsində 10 rayonda 1500 müəllim və valideyn üçün təlim keçilib
# 30 avqust 2007 11:19 (UTC +04:00)
Təhsil Nazirliyi, BMT-nin Ümumdünya Ərzaq Proqramı və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə reallaşdırdığı “Həyati bacarıqlara əsaslanan təhsil” layihəsinin başa çatması ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, “Ümidli Gələcək” Gənclər Təşkilatının sədri Habil Seyidov bildirib ki, layihənin əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzi və yaşamaq bacarıqlarının aşılanması olub. Layihə çərçivəsində 10 rayonda 1500 müəllim və valideyn üçün təlim keçilib. Təşkilatçılar Təhsil Nazirliyinin mütəxəssisləri ilə birlikdə Ağcabədi, Yevlax, Şəki, Mingəçevir, Ağdam, Biləsuvar, Füzuli, Saatlı, Sabirabad və İmişli rayonlarında 167 məktəbin ibtidai sinif müəllimləri və valideynləri üçün müxtəlif mövzularda təlimlər təşkil ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR