Bank Of Baku

Salyan rəhbərliyi rayondakı “Kolxoz bazarı”nın fəaliyyətini bərpa etməsinə icazə verməyib

Salyan rəhbərliyi rayondakı “Kolxoz bazarı”nın fəaliyyətini bərpa etməsinə icazə verməyib
# 30 avqust 2007 11:42 (UTC +04:00)
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayondakı “Kolxoz bazarı”nın fəaliyyətini bərpa etməsinə icazə versə də, icra hakimiyyəti və polis orqanları satıcıların ticarətlə məşğul olmasının qarşısını alıb. Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emin Məmmədovun APA-ya verdiyi məlumata görə, mərkəzin sədri Nurəddin Ağayev avqustun 29-da bazar rəhbərliyinə ünvanladığı məktubda bazar ərazisində aparılan sanitar, texniki abadlıq işlərinin qənaətbəxş olduğunu bildirərək, bazarın öz fəaliyyətini bərpa etməsinə icazə verildiyini bildirib. Cavab məktubundan sonra bu gün satıcılar bazarda kənd təsərrüfatı məhsulları satmaq istəyiblər, lakin az sonra polis əməkdaşları onları bazardan çıxarıb. E. Məmmədov bildirib ki, bazarın bağlanmasından sonra rayonda işsizlik daha da artıb: “Rayonda yalnız iki bazar fəaliyyət göstərir. Bunlardan birini bağlamaqla rayon rəhbərliyi monopoliya yaratmaq niyyətindədir. Digər “Kolxoz bazarı”nda isə qiymətlər çox bahadır”. E. Məmmədov icra başçısının məzuniyyətdə olduğunu, buna görə də rayon rəhbərliyinin müraciətlərə heç bir cavab vermədiyini deyib. O, satıcıların məsələ ilə bağlı ölkə prezidentinə, Heydər Əliyev Fonduna və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdiklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR