Bank Of Baku

Naxçıvan Muxtar Respublikasında “Təmiz hava aylığı” keçirilir

Naxçıvan Muxtar Respublikasında “Təmiz hava aylığı” keçirilir
# 31 avqust 2007 12:14 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında “Təmiz hava aylığı” keçirilir. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Naxçıvan MR Dövlət Yol Polisinin (DYP) birgə təşkil etdiyi aylığın keçirilməsi regionda çirklənmə dərəcəsini müəyyənləşdirmək, atmosferin avtomobil çirkləndirilməsinə qarşı mübarizə aparmaq və onların texniki hazırlığını yoxlamaq məqsədi daşıyır. “Təmiz hava aylığı”nın ilk günündə adıçəkilən təşkilatların əməkdaşları Naxçıvan Hava Limanına doğru gedən yolda reydlərə çıxıb. Naxçıvan MR DYP-dən bildiriblər ki, gün ərzində 80-dən artıq avtomobil ekspertizadan keçirilib. Avtomobillərin havanı çirkləndirmə dərəcəsi “İnfrakar” tipli qaz analizatorundan istifadə edilib. İlk gündə 14 sürücü avtomobilinin çirkləndirmə dərəcəsinin çoxluğuna görə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunub. Təmiz hava aylığı çərçivəsində reydlər sentyabrın son gününə davam Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR