Bank Of Baku

Balakəndə qanunsuz fəaliyyət göstərən 4 obyekt sökülüb

Balakəndə qanunsuz fəaliyyət göstərən 4 obyekt sökülüb
# 31 avqust 2007 12:54 (UTC +04:00)
Balakəndə qanunsuz fəaliyyət göstərən 4 obyekt aşkar edilərək sökülüb. Bunlardan ikisi qanunsuz inşa edilən Ticarət Mərkəzi, ikisi isə maşın təmiri obyektləridir. Bu açıqlamanı APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Əmir Vəliyev verib. Ə. Vəliyevin sözlərinə görə, icra başçısının göstərişi ilə rayonda xüsusi komissiya yaradılıb ki, bu komissiya Balakəndə tikilən və tikilməkdə olan bütün binaların qanuna uyğun olub-olmamasını araşdırır. İndiyədək şəhər ərazisində 4 qanunsuz tikilinin aşkar edilərək söküldüyünü vurğulayan Ə. Vəliyev şəhər və kəndlərdə belə obyektlərin hələ çox olduğunu söyləyib. O, qısa müddət ərzində rayonda qanunsuz inşa olunan bütün tikililərin söküləcəyini bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR