Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi gələn həftədən tikinti şirkətlərində yoxlamalara başlayır

Dövlət Əmək Müfəttişliyi gələn həftədən tikinti şirkətlərində yoxlamalara başlayır
# 31 avqust 2007 13:48 (UTC +04:00)
Müfəttişliyin rəisi Nəbi Şükürlü APA-ya açıqlamasında bildirib ki, yoxlamaların aparılmasında məqsəd işçilərin işəgötürənlə əmək müqaviləsinin bağlanılmasını, təhlükəsiz əmək şəraiti yaradılmasını, xəsarət və ölümlə nəticələnən hadisələrin sayının maksimum azaldılmasını təmin etməkdir. Yoxlamalar respublikanın bütün böyük şəhərlərini əhatə edəcək. Nəzarət tədbiri ilk növbədə Bakıda həyata keçiriləcək: “DƏM əmək qanunvericiliyinə nəzarət edən orqan olduğundan, araşdırmaları əsasən özü müstəqil olaraq aparacaq. Yoxlamalarda iştirak üçün isə İqtisadi İnkişaf Nazirliyindən nümayəndə dəvət edirik. Yoxlama zamanı əmək müqavilələrinin bağlanması ilə yanaşı, işçinin gün ərzində necə saat işləməsi, gecə işlərinə cəlb edilib-edilməməsi və artıq iş saatına uyğun məvacibin verilməsi araşdırılacaq”.
Yoxlamaların yekunlaşma vaxtı barədə konkret söz deməyə çətinlik çəkən N. Şükürlünün sözlərinə görə, bu araşdırmalar əhatəli olacağından tez bir zamanda başa çatmayacaq: “Bunlar reyd deyil ki, bir gün bu müəssisəyə baxış keçirək, bununla da yekunlaşsın. Araşdırmalar uzunmüddətli olacaq, çünki yoxlamalar zamanı bütün məsələlərə diqqət yetiriləcək. Əgər müqavilədə hündürmərtəbəli binaların tikintisinə 9 nəfərin cəlb edildiyi göstərilirsə, bu, absurd bir rəqəmdir. Belə tikintilərdə 50 və daha çox işçi çalışa bilər”. N. Şükürlü bildirib ki, yalnız Bakıdakı tikinti şirkətlərində yoxlamaların aparılması bir necə ay davam edəcək: “Yoxlamaların yekununda qanunvericiliyə daha çox əməl etməyən, təhlükəsiz əmək şəraiti yaratmayan, işçilərini xüsusi geyimlərlə təmin etməyən müəssisələr aşkarlanacaq və ictimaiyyətə ünvanı ilə açıqlanacaq ki, hansı müəssisədə əmək şəraiti necədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR