Bank Of Baku

Zaqatalada “Ailə və Qadın” mövzusunda regional konfrans keçirilib

Zaqatalada “Ailə və Qadın” mövzusunda regional konfrans keçirilib
# 31 avqust 2007 14:05 (UTC +04:00)
Bu gün Zaqatalada “Ailə və Qadın” mövzusunda regional konfrans keçirilib. Konfransa Qax, Zaqatala və Balakən rayonlarının qadınları ilə yanaşı, bölgə ziyalıları, təşkilat və müəssisələrin rəhbərləri qatılıb. Tədbirdə məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlərdən bəhs edib və bu münasibətlərin gələcək nəslin formalaşmasındakı əhəmiyyətindən danışıb. Ailədaxili münasibətlər zəminində qadınların qarşılaşdığı problemlərdən söz açan S. Qəhrəmanova belə problemlərin ölkədə geniş yayıldığını diqqətə çatdırıb. O, həmçinin Azərbaycan hökumətinin ailə qadın problemlərinin həlli istiqamətində beynəlxalq hüquq normaları çərçivəsində iş apardığını söyləyib. Konfransda çıxış edən digər rəsmilər bölgə qadınlarının qarşılaşdıqları problemlərdən danışaraq mövcud problemlərin həlli istiqamətində hökumətin gördüyü tədbirlərin qənaətbəxş olduğunu vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR