Bank Of Baku

Müəllif Hüquqları Agentliyi: “Qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması ilə bağlı tapşırıqlar tam icra olunub”

Müəllif Hüquqları Agentliyi: “Qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması ilə bağlı tapşırıqlar tam icra olunub”
# 31 avqust 2007 14:11 (UTC +04:00)
“Müəllif-hüquq qanunvericiliyinin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması ilə bağlı agentliyə verilən tapşırıqlar tam icra olunub. Artıq bütün sənədlərin layihələri Nazirlər Kabinetinə təqdim edilib”. Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin həmin təşkilatın tələblərinə uyğunlaşdırılması üzrə ölkə başçısının sərəncamı ilə təsdiqlənən tədbirlər Planının 2.1-ci bəndində müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı üç qanun layihəsinin hazırlanması nəzərdə tutulub. Bu tədbirlər planının icrasını təmin etmək məqsədi ilə layihələr MHA tərəfindən Nazirlər Kabinetinə artıq təqdim edilib. Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli qərarı ilə “Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləği, yığılması, bölüşdürülməsi və ödənilməsi Qaydaları” təsdiq olunub. Bu sahədə kollektiv idarəetmə təşkilatı yaradılanadək şəxsi məqsədlər üçün əsərlərin istifadəsinə görə qonorar MHA tərəfindən yığılacaq. Ümumilikdə MHA tərəfindən 3 qanun layihəsinin hazırlanması nəzərdə tutulurdu. Onlardan biri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi idi. Artıq bu qanun layihəsi müvafiq təşkilatların təklifləri nəzərə alınmaqla Nazirlə Kabinetinə təqdim olunub. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsi müvafiq dövlət orqanlarında baxılır və onların rəyləri toplanılır. Nəhayət, “Yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” Qanun layihəsi də artıq hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR