Bank Of Baku

Sumqayıtın bir qrup sakini ombudsmana şikayət ərizəsi göndərib

Sumqayıtın bir qrup sakini ombudsmana şikayət ərizəsi göndərib
# 31 avqust 2007 14:38 (UTC +04:00)
Sumqayıt şəhərinin bir qrup sakini ombudsman Elmira Süleymanovaya kollektiv şikayət ərizəsi ünvanlayıb. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, vətəndaşlar ərizələrində yaşadıqları binanın yaxınlığında yerləşən daş sexinin açıq hava şəraitində fəaliyyəti nəticəsində problemlər yarandığını, insanların sağlamlığının və istirahət hüquqlarının pozulduğunu, məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətlərinin nəticəsiz qaldığını bildirərək, daş sexinin işinin qapalı şəraitində aparılmasının təmin olunmasını xahiş ediblər. Müvəkkil Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək ərizədə əks olunan halların yoxlanılmasını və tədbir görülməsini istəyib. Alınan cavab məktubunda bildirilib ki, kollektiv şikayətdə qaldırılan məsələ Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılıb və daş sexinin qapalı şəraitdə fəaliyyət göstərməsi üçün tikinti işlərinə başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR