Bank Of Baku

BİZNES-QOROSKOP Sentyabr/2007

BİZNES-QOROSKOP Sentyabr/2007
# 03 sentyabr 2007 08:34 (UTC +04:00)
QOÇ


Sentyabr ayı ərzində bürcünüzün tipik nümayəndələrini ünsiyyət sahəsində - istər dostlarla görüş, istər işgüzar danışıqlar, istərsə də telefon söhbətləri olsun, çox böyük fəallıq gözləyir. Bu həmçinin şəhər daxilində qısa səfərlərin tez-tez baş verdiyi bir aydır, daha çox müxtəlif yerdəyişmələr edir, özünüz də daha mobil olursunuz.
Sentyabr şəxsi həyatınıza mühüm hadisələr və uğur gətirə bilər. Bu, yeni tanışlıqlar, sevgi görüşləri və romantik münasibətlərin inkişafı üçün çox gözəl vaxtdır. Bu, yeni ailələrin qurulması üçün də yaxşı aydır (sentyabrın 20-dən 23-dək olan dövr istisna olmaqla).
İşdə və həmkarlarınızla münasibətlərdə ciddi dəyişikliklər baş verə bilər. Bu həm başgicəlləndirici yüksəliş, həm də işdən azad edilmə ola bilər. Sentyabr ərzində fəaliyyət sahənizi əsaslı şəkildə dəyişməyiniz, yeni iş yerinə keçməyiniz də istisna edilmir.
Uğurlu günlər: 4, 8, 9, 18, 19, 27
Uğursuz günlər: 6, 13, 20, 21

BUÄžA


Sentyabr ailə məsələlərinin həlli üçün uğurlu olacaq. Bu həmçinin ev işlərini görmək, daşınmaz əmlak əldə etmək, kosmetik təmirə başlamaq, yaxud onu davam etdirmək üçün yaxşı vaxtdır. O cümlədən, şəxsi mənzilinizi abadlaşdırmaq, yumşaq mebel, incəsənət əşyaları və ya xüsusi dekorasiyaların köməyilə orada rahatlıq və komfort yartamaq üçün əlverişli dövrdür.
Bürcünüzün tipik nümayəndələrində qazanca can atmaq istəyi yüksələcək. Sentyabr təkcə gəlirlərin deyil, həm də xərclərin artacağı ay olcaq. Ayın axırında müsbət balansa nail olmaq üçün ayın birinci və üçüncü həftəsi ərizndə alış-verişdən imtina etmək lazımdır.
Şəxsi həyatda da mühüm hadisələr baş verə bilər. Sizi taleyüklü tanışlıq gözləyə bilər.
Uğurlu günlər: 1, 2, 11, 20, 21, 29
Uğursuz günlər: 8, 9, 16, 23


ƏKİZLƏR


Sentyabr ayı ərzində daha fəal, cəsur və inadcıl olacaqsınız. İndi həmsöhbətlərinizi və ya opponetlərinizi haqlı olduğunuza inandırmaq çətin deyil. Bu ay qətiyyətli addımlar ayıdır, sizdən təşəbbüs göstərməyiniz tələb olunacaq. Bu həmçinin bədəniniz üzərində işləmək üçün də yaxşı vaxtdır idmanla məşğul olmağınız yaxşı səmərə verəcək.
Sentyabrda yeni tanışlıqlar mümkündür. Onlar səfərlər zamanı, yaxud kafeyə, kitab mağazasına və ya kitabxanaya getdiyiniz zaman baş verə bilər. Siz eşqbazlıq etməyə meyllisiniz, cazibəniz artır, buna görə də təşəbbüsü ələ alaraq yeni sevgi romanına tərəf ilk addımı atmaqdan qorxmayın.
Ailədə mühüm və çox əhəmiyyətli hadisələrin baş verəcəyi istisna edilmir. Yaşayış yerinizi dəyişəcəyiniz də istisna deyil, lakin sentyabrın 9-dan 13-dək mənzil və ya ev alıb-satmaq məsləhət görülmür.
Uğurlu günlər: 4, 13, 14, 23
Uğursuz günlər: 10, 11, 19, 24, 25


XƏRÇƏNG


Sentyabrda planetlərin düzülüşü bürcünüzün tipik nümayəndələrinə öz sağlamlığının qayğısına qalmağı tövsiyə edir. Bu, immunitetinizi möhkəmləndirmək üçün yaxşı aydır. Bunun üçün istənilən idman məşğələsi münasibdir.
Sentyabr maddi ehtiyatlarınızın artırılması baxımından uğurlu ay olacaq. Gəlirləriniz artacaq. Bu, alış-veriş etmək üçün yaxşı dövrdür. Şirin qidadan az istifadə etməyə çalışın, çünki bu nəinki sizin fiquranıza, həm də səhhətinizə pis təsir göstərə bilər.
Yaxın ətrafınızda ciddi dəyişikliklərin olacağı istisna edilmir. Planetlərin düzülüşü qonşularla, həmçinin qardaş-bacılarla münaqişələrin ola biləcəyindən xəbər verir. Davranışınıza nəzarət etməyə və açıq münaqişələrə yol verməməyə çalışın. Ayın ortalarında ulduzlar sükan arxasında maksimum ehtiyatlı olmağı tövsiyə edir.
Uğurlu günlər: 6, 7, 11, 16, 25, 26
Uğursuz günlər: 13, 14, 20, 21, 27

ŞİR


Ay ərzində cazibəniz xeyli artacaq və ünsiyyətdə bundan istifadə etmək olar. Siz yaxşı əhval-ruhiyyəniz və səmimiliyiniz sayəsində ətrafdakılar üçün cəlbedici olursuz. Ay istənilən kosmetik prosedur, habelə gözəllik salonuna baş çəkmək üçün uğurludur. Gözəllik duyğunuz da artır, odur ki, əgər özünüzə geyim və ya bəzək əşyası, həmçinin evinizin interyeri üçün dəbdə olan əşyalar almağı planlaşdırmışdınızsa, bunu məhz sentyabrda edə bilərsiniz.
Dostlar arasında seçilmək istəyəcəksiniz. Yarış ruhu güclənir, rəqabət və mübahisəyə meyliniz artır. Əlverişli variantda bu, birgə inkişafa kömək edə, mənfi halda isə dostlarla fikir ayrılığına və münaqişələrə gətirib çıxara bilər. Ay ictimai tədbirlərdə iştirak etmək üçün də uğurludur.
Uğurlu günlər: 8, 9, 18, 19, 27
Uğursuz günlər: 2, 15, 16, 23, 24


QIZ


Ulduzlar bürcünüzün tipik nümayəndələrinə ən çox işdə səy göstərməyi məsləhət görür. Bu, karyera yüksəlişinə nail olmaq üçün çox yaxşı vaxtdır. İnadcılığınız artır və bu sizin əsas silahınıza çevrilir, lakin tələsik qərarlar qəbul etməməyə və həmkarlarınıza, yaxud rəhbərliyə hədsiz təzyiq göstərməməyə çalışın.
Sentyabr şəxsi işlərə başlamaq və eqo-tələbatlarınızı qane etmək üçün yaxşı aya çevrilə bilər. Lakin bunun üçün kosmik cədvələ dəqiq riayət etmək lazımdır, sentyabrın 11-də isə arzu edilənə nail olmaq üçün hansısa addımları atacaqsınız. Əgər siz belə etsəniz, onda iri addımlarla uğura doğru hərəkət etdiyinizi sezəcəksiniz. Bu, xüsusilə istənilən ilin sentyabr ayının 10-dan 12-dək anadan olan Qızlara şamil edilir.
Uğurlu günlər: 1, 2, 20, 21, 29, 30
Uğursuz günlər: 4, 18, 19, 25, 26


TƏRƏZİ


Planetlərin düzülüşü göstərir ki, bürcünüzün tipik nümayəndələri üçün sentyabr uğurlu təhsil ayı olacaq. Bu, yolda gözlənilməz hadisələr riskinin yüksək olduğu birinci və üçüncü həftələr istisna olmaqla uzaq səfərlər və səyahətlər üçün yaxşı vaxtdır.
Bu ay ərzində dostlarınızla münasibətlərinizi əsasən cazibəniz, qonaqpərvərliyiniz və səmimiliyinizin artması sayəsində xeyli yaxşılaşdıra bilərsiniz. Əsasən yeni rəfiqələrinizin hesabına dostlarınızın dairəsini genişləndərəcəyinizi qeyd etmək olar.
Ayın ortasında sirli təzahürlərlə toqquşacağınız istisna edilmir, onlar sizə güclü təsir bağışlaya bilər. Sentyabrın birinci yarısında ulduzlar səhhətinizə qarşı daha diqqətli olmağı məsləhət görür, bu müddət ərzində əlavə müayinədən keçmək olar.
Uğurlu günlər: 4, 8, 13, 14, 18, 23, 24
Uğursuz günlər: 6, 7, 20, 21, 27, 28


ƏQRƏB


Ən çox karyera sahəsində işləriniz yağ kimi gedəcək. Ünsiyyətdəki səmimiliyiniz və yaxşı maneralarınız gözəl nəticələrə, eləcə də karyeranızda yüksəlişə nail olmağa kömək edəcək. Bu, cazibənizdən istifadə edərək arzu olunana çatmaq üçün uğurlu aydır.
Siz öz istəklərinizi açıq bəyan etməyə və yaxın münasibətlərdə təşəbbüsü öz əlinizə almağa hazırsınız. Ayın birinci və üçüncü həftəsində zədə almaq təhlükəsi daha çoxdur. Həmin müddət ərzində sayıqlıq göstərin.
Dostluq münasibətlərində də dəyişikliklər ehtimalı var. Dost əhatənizin tam dəyişəcəyi istisna edilmir. İstənilən halda dostlarınızdan kiməsə etimadınız artacaq, kiməsə ciddi şəkildə azalacaq. Dostlarınızın dairəsində dəyişikliklərin baş verməsinə maraqlarınızın dəyişməsi də səbəb ola bilər.
Uğurlu günlər: 6, 7, 11, 15,16, 24, 25
Uğursuz günlər: 1, 2, 8, 9, 23, 29


OXATAN


Sentyabr səyahətlər və xaricdə istirahət üçün əla aydır. Planetlərin düzülüşü sizə məzuniyyət götürərək ayı xarici kurortda keçirməyi, yaxud təhsillə məşğul olmağı tövsiyə edir. Həm bu, həm də digər fəaliyyət nəticəsində xoş tanışlıqlarınız ola bilər.
Yarınızla münasibətlərdə liderliyi ələ alaraq təşəbbüs göstərirsiniz. Amma nəzarət etməlisiniz ki, hökmranlıq etmək səyiniz sevdiyiniz adama qarşı aqressiyaya çevrilməsin. Sentyabrın birinci və üçüncü həftəsi ərzində şəxsi münasibətlərdə geri qaytarılmaz qərarlar qəbul etməməyə çalışın. Karyeranızda yüksəliş və enmələr istisna edilmir. Sizi həm böyük yüksəliş, həm də işdən azad olunma gözləyə bilər. Ad-sanınız və ya sosial statusunuz da dəyişə bilər.
Uğurlu günlər: 8, 9, 18, 19, 27
Uğursuz günlər: 4, 10, 11, 24, 26


OÄžLAQ


Sentyabr ayı ərzində ən çox peşəkar sahədə fəallıq nümayiş etdirəcəksiniz. İşin həcmi arta bilər, bununla yanaşı əmək məhsuldarlığınız da artacaq. Həmkarlarınızla münasibətlərdə səmimi olsanız da, bu ərəfədə münaqişələrə də meyllisiniz. Dəzgah və avadanlıqla işləyən Oğlaqlar sentyabrın birinci və üçüncü həftəsi ərzində təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Sentyabr sərmayə qoyuluşu üçün əlverişli ay olacaq. Bu həmçinin kredit əldə etmək və möhlətlə alış-veriş etmək üçün əlverişli dövrdür. Sentyabr ərzində uzaq qohumlarınızın həyatında əhəmiyyətli dəyişikliklər də istisna edilmir. Sentyabrın ortalarına yaxın onlardan xəbər alacağınız gözlənilir.
Uğurlu günlər: 1, 2, 11, 20, 21, 29
Uğursuz günlər: 6, 13, 14, 27


DOLÇA


Sentyabr şəxsi münasibətlər üçün əla aydır. Siz əks cinslə münasibətlərdə daha cəsur və inadcıl olur, cəsarətlə yeni tanışlıqlara başlayır və görüşlər təyin edirsiniz. Bu, şəxsi həyatınızı qaydaya salmaq üçün çox yaxşı vaxtdır, həmin müddət ərzində ciddi və taleyüklü tanışlıqlar istisna edilmir. Sentyabr ərzində öz hisslərinizi açıq ifadə edə və tez-tez kompliment söyləyə bilərsiniz. Bu, nişanlanmaq və ya toy etmək üçün yaxşı aydır (sentyabrın 8-dən sonra). Artıq formalaşan münasibətlərdə ehtirasınız canlana bilər. Sentyabr ayı ərzində yarınıza daha çox diqqət yetirin, münasibətlərə romantika əlavə edin və siz ikinci bal ayını yaşaya bilərsiniz.
Sentyabrın 10-dan 12-dək olan müddətdə maksimum ehtiyatlılıq və sayıqlıq nümayiş etdirin. Bu dövr hənçinin az tanış olduğunuz adamlarla işgüzar əlaqələr üçün əlverişli deyil.
Uğurlu günlər: 4, 13, 14, 23, 24
Uğursuz günlər: 1, 2, 9, 16, 17, 29, 30


BALIQLAR


Sentyabr həmkarlarınızla münasibətlərinizi qaydaya salmaq üçün uğurlu ay olacaq. Onlarla münasibətləriniz o qədər yaxşılaşacaq ki, hətta işdə məhəbbət macəralarınızın olacağı da istisna edilmir. İstənilən halda kollektivdəki isti münasibətlər işinizin öhdəsindən daha səmərəli gəlməyə və bundan şəxsi məmnunluq hissi duymağa kömək edəcək.
Ailə işlərində lider mövqeyi tutmaq və müstəqil şəkildə qərar qəbul etmək istəyirsiniz. Sadəcə nəzarət etməlisiniz ki, bu cür iddialarınız ailə üzvlərinizə qarşı aqressiyaya çevrilməsin. Ay həmçinin xeyli fiziki səy tələb edən ev işlərinin yerinə yetirilməsi üçün uğurludur.
Sentyabr sağlamlığınızın qayğısına qalmaq üçün də uğurlu olacaq. Bu ən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası üçün yaxşı dövrdür.
Uğurlu günlər: 6, 7, 15, 16, 24, 25
Uğursuz günlər: 4, 10, 11, 18, 19
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR