Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş binada xəsarət alanlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təhqiqat komissiyası araşdırmalarına başlayıb

Azərbaycan paytaxtında uçmuş binada xəsarət alanlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təhqiqat komissiyası araşdırmalarına başlayıb
# 03 sentyabr 2007 08:39 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyinin rəisi, tədqiqat komissiyasının sədri Nəbi Şükürlü APA-ya bildirib ki, komissiya işçilərin hansı şəraitdə işə cəlb olunmaları, əmək müqavilələrinin bağlanıb-bağlanılmaması və s. ilə bağlı araşdırma aparacaq. 20 gün davam edəcək araşdırmaların nəticəsindən asılı olaraq, hadisə nəticəsində xəsarət alanlara və ölənlərin ailələrinə kompensasiya verilib-verilməməsi məsələsi də müəyyənləşəcək. Xəsarət alan fəhlələrə kompensasiya tibbi-sosial ekspert komissiyalarının rəyindən asılı olaraq, təyin edilə bilər. N. Şükürlü deyib ki, istehsalat zamanı ölən işçilərin ailələrinə kompensasiya onun aylıq əmək haqqı məbləğində övladı 18 yaşına çatana kimi verilir. Uşaq təhsil aldıqda isə kompensasiya 23 yaşına çatana kimi ödənilir. Uşağı olmayan fəhlələrin isə valideynlərinə kompensasiya verilir. Kompensasiya əmək qabiliyyəti olmayan, 57 yaşdan yuxarı qadınlara, 62 yaşdan yuxarı kişilərə ödənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR