Bank Of Baku

Bakının restoran və şadlıq evlərində pirotexniki vasitələrdən istifadə olunmasına qarşı mübarizə aparılacaq

Bakının restoran və şadlıq evlərində pirotexniki vasitələrdən istifadə olunmasına qarşı mübarizə aparılacaq
# 03 sentyabr 2007 09:23 (UTC +04:00)
Paytaxtın restoran və şadlıq evlərində gecə saatlarında istifadə olunan pirotexniki vasitələrə qarşı mübarizə aparılacaq. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Vəli Abbasov məlumat verib. V. Abbasov pirotexniki vasitələrin istifadəsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi sərəncamının olduğunu, həmin sərəncama əsasən axşam vaxtı müəyyən olunmuş saatdan sonra pirotexniki vasitələrin istifadəsi qadağan edildiyini bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda restoranlarda pirotexniki vasitələrdən istifadə edilməsinə qarşı ciddi mübarizə aparılacaq. Rəis müavini pirotexniki vasitələrdən istifadə hallarının əsasən bayram ərəfəsində artdığını deyib: “Ötən il bayram günlərində əhalidən minlərlə pirotexniki vasitələr götürülüb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR