Bank Of Baku

Yardımlı Rayon Polis Şöbəsində talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçiriləcək

Yardımlı Rayon Polis Şöbəsində talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçiriləcək
# 03 sentyabr 2007 10:41 (UTC +04:00)
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı xəstələr üçün qan verəcək. Bu barədə APA-ya Yardımlı RPŞ-nin rəisi Şamil Seyidli məlumat verib. Onun sözlərinə görə, aksiya yaxın 10 gün ərzində baş tutacaq. Rəis qanvermə aksiyasının ənənə halında mütəmadi şəkildə davam etdiriləcəyini bildirib. Ş. Seyidli Yardımlının polis rəisi təyin olunandan sonra rayonun 10 kəndində əhali ilə görüş keçirdiyini, onların şikayətlərini dinlədiyini deyib. Polis rəisi rayonun ucqar kəndlərinin sakinlərinin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün xüsusi avtomobil, fotoqraf və həkim ayırdığını deyib. Onun sözlərinə görə, son on gündə Yardımlıda axtarışda olan 10 nəfərdən 5-i həbs olunaraq istintaq orqanlarına təhvil verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR