Bank Of Baku

Amerikalılar əmək məhsuldarlığı göstəricisi üzrə dünyada liderlik edir

Amerikalılar əmək məhsuldarlığı göstəricisi üzrə dünyada liderlik edir
# 03 sentyabr 2007 14:38 (UTC +04:00)
Əmək məhsuldarlığı üzrə dünyada birinci yeri amerikalılar tutur. "APA-Economics"in verdiyi məlumata görə, bu, Beynəlxalq Əmək Təşkilatının “Əmək bazarının əsas göstəriciləri” adlı hesabatında qeyd edilir.
Sənədə əsasən, hər bir orta statistik amerikalının ümumi daxili məhsula töhfəsi ildə 63 min 885 dollar təşkil edir. ABŞ-ın ardınca İrlandiya (55 min 986 dollar), Lüksemburq (55 min 641 dollar), Belçika (55 min 235 dollar) və Fransa (54 min 609 dollar) gəlir.
Bundan başqa, amerikalılar işdə inkişaf etmiş ölkələrin sakinlərindən çox vaxt keçirirlər. Belə ki, 2006-cı il ərzində hər bir amerikalı orta hesabla 1804 saat işləyib. Bu zaman 2006-cı il ərzində Belçika, Danimarka, Fransa, Almaniya, Hollandiya və Norveçdə işçilərin çalışdığı saatlar 1600-dən artıq olmayıb.
Cənubi Koreya, Banqladeş, Şri-Lanka, Çin, Malayziya və Tailand sakinləri 2006-cı il ərzində orta hesabla 2200 saatdan artıq çalışıblar, lakin bu ölkələrdə əmək məhsuldarlığı nisbətən aşağıdır.
Hesabatdan göründüyü kimi, bütövlükdə, son on illik ərzində bir çox ölkələrdə əmək məhsuldarlığının səviyyəsi artıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR