Bank Of Baku

Əhaliyə Vətəndaş Xidməti Trestinin baş mühəndisi: “Nərimanov qəbiristanlığından yalnız yeni yolun planına düşən qəbirlər köçürüləcək”

Əhaliyə Vətəndaş Xidməti Trestinin baş mühəndisi: “Nərimanov qəbiristanlığından yalnız yeni yolun planına düşən qəbirlər köçürüləcək”
# 04 sentyabr 2007 13:49 (UTC +04:00)
“Nərimanov qəbiristanlığında qəbirlərin buldozerlə dağıdılması barədə deyilənlər yalandır. Buldozer yalnız çıxarılmış qəbirlərin yerində yolun çəkilməsi üçün işləyir”. Bu açıqlamanı APA-ya Əhaliyə Vətəndaş Xidməti Trestinin baş mühəndisi Firuz Əsgərov verib. Onun sözlərinə görə, indiyə qədər qəbiristanlıqdan 134 qəbir köçürülüb: “Ölüləri sahiblərinin gözü qarşısında torpaqdan çıxarıb aparırlar. Kim istəyir, minir maşına, cəsədin dəfn olunacağı yerə gedir, kim də istəyirsə, getmir”. Qəbirlərinin hamısının Hövsan qəbiristanlığına köçürüldüyünü deyən F. Əsgərov hazırda Nərimanov qəbiristanlığında azərbaycanlılarla yanaşı, gürcülərin, rusların, malakanların, tatarların da qəbirlərinin olduğunu söyləyib. Onun sözlərinə görə, idarə qəbiristanlıqdakı bütün qəbirləri deyil, yalnız yeni yolun planına düşən qəbirləri köçürəcək. Köçürülmənin nə vaxt başa çatacağı isə bilinmir. Qəbirlərin ölü yiyələrindən xəbərsiz köçürüldüyü barədə fikirlərlə razılaşmayan F. Əsgərov deyib ki, köçürülmə ilə bağlı elan qəbiristanlıqda yerləşdirilib, televiziyalarda səsləndirilib və qəzetlərdə dərc edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR