Bank Of Baku

Əli Bayramlıda məskunlaşan məcburi köçkünlərə keyfiyyətsiz un paylanılıb

Əli Bayramlıda məskunlaşan məcburi köçkünlərə keyfiyyətsiz un paylanılıb
# 05 sentyabr 2007 12:02 (UTC +04:00)
Paylama anbarının qarşısına yığılan 300 nəfərdən çox məcburi köçkün undan bişirilmiş yararsız çörəyi və unun tərkibindən çıxan daşlaşmış un parçalarını nümayiş etdirərək, paylanan undan imtina etdiklərini bildirdilər. Onlar əlaqədar təşkilatların nümayəndələri ilə görüş və izahat verilməsini tələb ediblər. Undan kimyəvi maddəyə oxşar iyin gəlməsi onlarda böyük narahatlıq doğurub. Ümumdünya Ərzaq Proqramının İmişli nümayəndəliyinin rəhbəri Əhliman Məhərrəmov APA-nın Mil-Muğan bürosu ilə telefonla əlaqə saxlayaraq bildirib ki, “Azərsun” şirkətinin istehsalı olan unun keyfiyyətsiz olmasına səbəb anbarlaşma texnologiyasının düzgün aparılmaması olub. Məcburi köçkünlər tələb ediblər ki, ekspertlər unun tərkibini yoxlayıb, onlara məlumat versinlər. Bu gün səhər Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də məcburi köçkünlərlə görüşüblər və bu haqda aidiyyəti orqanları məlumatlandıracaqlarını bildiriblər.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, un dövlətin xətti ilə deyil, ÜƏP-in xətti ilə paylanıb. Buna görə də məsuliyyəti ÜƏP daşıyır.
Qeyd edək ki, hazırda dövlət tərəfindən 146 min, ÜƏP tərəfindən isə 130 min məcburi köçkün ərzaqla təmin olunur. ÜƏP-in Bakıdakı mərkəzi ofisindən APA-ya məsələ barədə məlumatsız olduqlarını və faktı araşdıracaqlarını bildiriblər. “Azersun Holding” Şirkətlər Qrupundan isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR