Bank Of Baku

Azərbaycan Krasnodar, Stavrapol və Şimalı Qafqazdan quş və quş ətindən hazırlanan məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyub

Azərbaycan Krasnodar, Stavrapol və Şimalı Qafqazdan quş və quş ətindən hazırlanan məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyub
# 05 sentyabr 2007 12:40 (UTC +04:00)
Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzindən məlumat verilib.
Quş əti məhsullarının idxalına qoyulan qadağa Krasnodar vilayətində “quş qripi” xəstəliyinin qeydə alınması ilə bağlıdır. Bununla yanaşı, DBX ölkə ərazisində köçəri və çöl quşlarının ovlanması, satılması və qida məhsulu kimi istifadəsinə qoyulan qadağanın hələ də qüvvəsində qaldığını xatırladıb. Məlumatda o da bildirilib ki, köçəri quşların miqrasiyasını nəzərə alaraq “quş qripi”nə görə ölkə üzrə aparılan monitorinqin vaxtının bir qədər əvvələ çəkilməsi barədə qərar qəbul edilib. Belə ki, növbəti monitorinqə sentyabr ayının sonunda başlanılacaq.
DBX “quş qripi” xəstəliyi ilə bağlı Azərbaycanda epizootik vəziyyətin sabit olduğunu da xatırladıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR