Bank Of Baku

Azərbaycan Moskvada keçiriləcək I Ümumdünya Sosial Təminat Forumunda iştirak edəcək

Azərbaycan Moskvada keçiriləcək I Ümumdünya Sosial Təminat Forumunda iştirak edəcək
# 05 sentyabr 2007 13:54 (UTC +04:00)
Sentyabrın 10-15-də Moskva şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 29-cu Baş Assambleyası çərçivəsində I Ümumdünya Sosial Təminat Forumu keçiriləcək.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanı fondun sədri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Müxtəlif ölkələrin pensiya və sosial sığorta fondlarının rəhbərləri, siyasətçiləri və alimləri olmaqla 1000 nəfərdən çox nümayəndənin qatılacağı gözlənilən forumda dinamik sosial təminatın dəstəklənməsi, sosial təminat sahəsində inkişaf və tendensiyalar, daha dayanaqlı pensiya sistemlərinin işlənib hazırlanması strategiyaları, sosial təminat vəsaitlərinin investisiyası və başqa mövzuların müzakirə edilməsi nəzərdə tutulub.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının miqyasına və mahiyyətinə görə ən mötəbər tədbiri hesab olunan Baş Assambleyada isə BSTA-nın proqramı, büdcəsi qəbul olunacaq, qurumun Konstitusiyasına uyğun olaraq, təşkilatın prezidenti, baş katibi, xəzinədarı, Nəzarət Komissiyasının üzvləri və texniki komissiyaların sədrləri kimi yüksək vəzifələrə seçkilər keçiriləcək.
Xatırladaq ki, BSTA-nın Baş Assambleyası hər üç ildən bir keçirilir. Sonuncu dəfə 2004-cü ildə Pekində keçirilən tədbirdə S.Müslümov Assosiasiyasının büro üzvü seçilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR