Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondundan indiyədək qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə 319 mln. manat xərclənib

Azərbaycan Dövlət Neft Fondundan indiyədək qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə 319 mln. manat xərclənib
# 05 sentyabr 2007 14:29 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) 2001-ci ildən başlayaraq 2007-ci il iyulun 31-dək qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli məqsədilə görülən tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 318,7 mln. manat vəsait ödənilib. “APA-Economics”in bildirdiyinə görə, bu barədə sentyabrın 4-də dövlət başçısının yanında keçirilən müşavirədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Cari ilin yanvar-iyul aylarında bu tədbirlərin maliyyələşdirilməsinə ARDNF-dən ümumilikdə 94,2 mln. manat məbləğində vəsait yönəldilib.
Ş.Mövsümovun sözlərinə görə, 2001-ci ildən etibarən ARDNF vəsaiti hesabına Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi rayonlarında qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb, eləcə də Şəmkir, Ağstafa, İsmayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramana qəsəbələrində məcburi köçkünlər üçün yaşayış binaları, müvafiq sosial-mədəni və digər obyektlər tikilərək istifadəyə verilib.
“Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına indiyə qədər 12 min 278 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış binaları tikilib istifadəyə verilib. Cari ilin sonunadək bu rəqəmin 15 mindən çox olacağı gözlənilir və qalan 3 çadır düşərgəsinin ləğv edilməsi nəzərdə tutulur”, - deyə Ş.Mövsümov vurğulayıb.
Ş.Mövsümovun sözlərinə görə, ARDNF vəsaiti hesabına tikilmiş bütün qəsəbələrdə yaşayış binaları ilə yanaşı müvafiq infrastruktur sistemləri və digər sosial-mədəni obyektlər, o cümlədən yardımçı elektrik stansiyaları, yanğınsöndürmə məntəqələri, su nasos stansiyaları, inzibati binalar, məktəblər, xəstəxanalar, rabitə qovşaqları, uşaq bağçaları və digər obyektlər tikilib, müvafiq yol infrastrukturu, irriqasiya sistemləri yaradılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR