Bank Of Baku

Azərbaycandakı köhnə 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 6227 məcburi köçkün ailəsinin yeni qəsəbələrə köçürülməsinə ehtiyac var

Azərbaycandakı köhnə 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 6227 məcburi köçkün ailəsinin yeni qəsəbələrə köçürülməsinə ehtiyac var
# 05 sentyabr 2007 15:45 (UTC +04:00)
Azərbaycanın 12 rayonunda yerləşmiş və istismar müddəti başa çatmış 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 6227 məcburi köçkün ailəsinin yeni qəsəbələrə köçürülməsinə ehtiyac var. “APA-Economics”in məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sentyabrın 4-də dövlət başçısı yanında keçirilən müşavirədə məlumat verib.
Komitə sədrinin sözlərinə görə, 45 şəhər və rayonda təhsil prosesi gedən 262 məktəb binasında məskunlaşan 2768 məcburi köçkün ailəsi yeni yaşayış yerlərinə köçürülməlidir. Bundan əlavə, Müdafiə Nazirliyinin 5 şəhər və rayondakı hərbi hissələrinin ərazisindəki binalarda müvəqqəti məskunlaşmış 1479 məcburi köçkün ailəsinin yeni yaşayış yerlərinə köçürülməsinə, 15266 məcburi köçkün ailəsinin yaşadığı 239 yataqxananın təmirinə ehtiyac var. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR