Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sədərək və Binə ticarət mərkəzlərinin köçürülməsi ilə əlaqədar smeta sənədləri hazırlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sədərək və Binə ticarət mərkəzlərinin köçürülməsi ilə əlaqədar smeta sənədləri hazırlayıb
# 06 sentyabr 2007 10:09 (UTC +04:00)
Nazirlikdən APA-ya verilən məlumata görə, dövlət başçısının 2006-cı il 28 sentyabrında təsdiqlədiyi “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq, artıq yanalma körpülərində yenidənqurma işləri aparılıb, buxtadan və onun akvatoriyasından ümumi çəkisi 3000 tona yaxın olan 10 batmış gəmi çıxarılıb, 34 batmış gəminin yeri müəyyənləşdirilib və sahilboyu bəzi ərazilər iri qabaritli tullantılardan təmizlənib. Torpaqqazan və torpaqsoran gəmilər vasitəsilə dənizdə dib dərinləşdirmə işləri aparılıb. Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə də ərazidə monitorinqlər aparılaraq təkliflər paketi hazırlanıb və artıq işlərin icrası istiqamətində konkret tədbirlər həyata keçirilir. Həmçinin, Sədərək və Binə ticarət mərkəzinin köçürülməsi ilə əlaqədar söküntü tullantıların təmizlənməsi, yaşıllıqların salınması və təbii landşaftın bərpa edilməsi üçün smeta sənədləri hazırlanıb. Xəzər dənizinə axıdılan tullantı sularının qarşısını almaq üçün isə Bilgəh-Şüvəlan arası ərazidə 12 ədəd müxtəlif güclü təmizləyici qurğuların quraşdırılması işlərinə başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR