Bank Of Baku

Zaqatalada əmək yarmarkası keçirilib

Zaqatalada əmək yarmarkası keçirilib
# 06 sentyabr 2007 11:32 (UTC +04:00)
Bu gün Zaqatalada əmək yarmarkası keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yarmarkada əhaliyə 400-ə yaxın boş iş yeri təklif olunub. Rayon Məşğulluq Mərkəzinin (MM) müdiri Əsəd Musayev bildirib ki, yarmarkada iştirak edən təşkilat, idarə və müəssisələr rayon əhalisinə fəhləlik üçün 300, qulluqçu kimi isə 100 boş iş yeri təklif edib. İş üçün müraciət edənlərin sayının 400-dən çox olduğunu vurğulayan Ə. Musayev rayonda işsizliyin aradan qaldırılması istiqamətində başqa tədbirlərin görüləcəyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR