Bank Of Baku

Bu il Azərbaycanda əmək yarmarkalarında 3338 nəfər işə göndəriş alıb

Bu il Azərbaycanda əmək yarmarkalarında 3338 nəfər işə göndəriş alıb
# 06 sentyabr 2007 11:53 (UTC +04:00)
Sentyabrın 7-də Azərbaycanın Zərdab, Tovuz, Balakən və Beyləqan rayonlarında işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin beynəlxalq əməkdaşlıq və yeni texnologiyaların tətbiqi sektorunun müdiri Pərviz Məmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bu ilin aprelin ayından indiyədək respublikanın 37 şəhər və rayonunda 38 əmək yarmarkası təşkil olunub. Yarmarkalarda iştirak edən 307 müəssisə 12 712 boş iş yeri təqdim edib, nəticədə, 3 338 nəfər işə göndəriş alıb, 382 nəfər peşə hazırlığı, 224 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
P.Məmmədov bildirib ki, növbəti yarmarka sentyabrın 28-də Mingəçevir şəhərində, oktyabrın 5-də Gəncə şəhərində keçiriləcək. Bundan başqa, oktyabrın əvvəlində Sumqayıtda, oktyabrın sonu-noyabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR