Bank Of Baku

25 dövlət orqanında 383 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib

25 dövlət orqanında 383 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə  elan edilib
# 06 sentyabr 2007 14:03 (UTC +04:00)
Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək arzusunda olanlar sənədlərini 30 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər. Təqdim olunan sənədlər Komissiya tərəfindən yoxlanıldıqdan sora namizədlər müsabiqənin ilk mərhələsi olan test imtahanlarına buraxılacaq. İmtahanların nəticələrinə görə müvafiq bal toplayan namizədlər ikinci müsahibə mərhələsində iştirak edəcəklər. Bildirilir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 6, Dövlət Sosial Müdafiə Fondunda 8, Dövlət Statistika Komitəsində 18, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 6, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 30, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 85, Gənclər və İdman Nazirliyində 22, İqtisadi İnkişaf Nazirliyində 34, Mədəniyyət və Turizm Nazirliyində 4, Nəqliyyat Nazirliyində 13, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2, Sənaye və Energetika Nazirliyində 7, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 5, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində 17, Səhiyyə Nazirliyində 8, Təhsil Nazirliyində 20, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 13, Dövlət Miqrasiya Xidmətində 27, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində 24, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 5, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətində 2, Tarif Şurasının Katibliyində 4, Müdafiə Sənayesi Nazirliyində 14, Kənd Təsərrüfatı Nazirliyində 8 vakant dövlət qulluğu vəzifəsi var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR