Bank Of Baku

Azərbaycan “Məşğulluq haqqında” qanuna yenidən dəyişikliklər edəcək

Azərbaycan “Məşğulluq haqqında” qanuna yenidən dəyişikliklər edəcək
# 06 sentyabr 2007 14:10 (UTC +04:00)
Azərbaycanın “Məşğulluq haqqında” qanununa yenidən əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin sektor müdiri Pərviz Məmmədov “APA-Economics”ə bildirib ki, yeni təkliflər Məşğulluq Strategiyasına uyğun məşğulluq xidmətinin təkmilləşdirilməsi məqsədilə hazırlanır. Təkliflər hazırlanan zaman bu sahədəki beynəlxalq təcrübə əsas götürülür. Qanunda “işsiz kim hesab oluna bilər”, “ilk dəfə işaxtaran kimdir” kimi məsələlərə yenidən baxılacaq.
P.Məmmədov qeyd edib ki, işsiz hesab olunmaq üçün müəyyən edilən kriteriyaların sayı azaldıla da bilər.
Qeyd edək ki, “Məşğulluq haqqında” qanun 2001-ci ilin iyulun 2-də qəbul olunub. İlk dəfə qanuna əlavə və dəyişiklər həmin ilin noyabrın 15-də edilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR