Bank Of Baku

Səlim Müslümov: “Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə gələn il parlamentdə baxılacaq”

Səlim Müslümov: “Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə gələn il parlamentdə baxılacaq”
# 07 sentyabr 2007 14:07 (UTC +04:00)
“Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının vaxtı artıq çatıb”. APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.
Fondun sədri bildirib ki, bunun üçün ölkədə kifayət qədər maliyyə imkanları mövcuddur: “Daxili maliyyə bazarının formalaşdırılması üçün 2007-ci ilin sonu-2008-ci ilin əvvəllərində tədbirlər görüləcək. Məndə olan məlumata görə, Prezident Aparatının mütəxəssisləri özəl pensiya fondlarının yaradılması üzərində iş aparır. Bu məsələnin gələn il parlamentin müzakirəsinə çıxarılması gözlənilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR