Bank Of Baku

Səlim Müslümov: “Gələn il Azərbaycanda sosial pensiyaların artırılması nəzərdə tutulub”

Səlim Müslümov: “Gələn il Azərbaycanda sosial pensiyaların artırılması nəzərdə tutulub”
# 07 sentyabr 2007 15:16 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Bərdədə inzibati binasının açılış mərasimi keçirilib. “APA-Economics”in Qarabağ bürosunun məlumatına görə, açılış mərasimində çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, hazırda 2008-ci ilin dövlət büdcəsi ilə yanaşı, fondun büdcə layihəsi də hazırlanır. Bu layihədə sosial pensiyaların iki mərhələdə artırılması nəzərdə tutulub. Bir dəfə sosial pensiyaların baza hissəsinin, bir dəfə də sığorta hissəsinin ölkədəki istehlak qiymətlərinin indeksinə uyğun artırılması. Həmçinin, şəhid ailələrinə verilən müavinətləri 86% artırılacaq.
Bundan başqa, 2006-cı ilin yanvarınadək pensiyaya çıxmış şəxslərin təqaüdlərinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması və işləyən pensiyaçıların təqaüdlərinin əmək haqlarının artımına uyğun artırılması nəzərdə tutulub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR