Bank Of Baku

Azərbaycanda pensiyaçıların müavinətlərini problemsiz alması üçün bankomatların sayı artırılacaq

Azərbaycanda pensiyaçıların müavinətlərini problemsiz alması üçün bankomatların sayı artırılacaq
# 10 sentyabr 2007 10:25 (UTC +04:00)
Azərbaycanda pensiya və müavinətlərin bankomatlar vasitəsilə paylanması prosesinin təkmilləşdirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) müvəkkil banklar - Beynəlxalq Bank və “Kapital Bank”la yerlərdə bankomatların sayının artırılması ilə bağlı danışıqlar aparır.
APA-Economics”in Qarabağ bürosunun məlumatına görə, DSMF sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, pensiyalar bankomatlar vasitəsilə yeni verilməyə başlananda hər 1400 pensiyaçıya 1 bankomat düşürdüsə, indi bu rəqəm 1900-ün 1-ə nisbətində dəyişib.
Qeyd edək ki, Ağdamda yaşayan pensiyaçıların bankomatla pensiya almasında problemin yarandığı bildirilsə də, DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əli Səmədov bununla razılaşmayıb. Ə.Səmədovun “APA-Economics”ə verdiyi məlumata görə, Ağdamda pensiyaçıların bankomatlardan pensiya almasında heç bir problem yoxdur və bununla bağlı heç bir pensiyaçı onlara şikayət etməyib. O bildirib ki, bir bankomatın 1500-2000 pensiyaçıya xidmət edilməsi nəzərdə tutulur. Ağdamın yaşayan və plastik kartla pensiya alan 1481 pensiyaçı üçün Quzanlı kəndində 1 bankomat yerləşdirildiyindən oradakı pensiyaçılar təqaüdlərini problemsiz alırlar. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR