Bank Of Baku

Balakəndə əmək yarmarkası keçirilib

Balakəndə əmək yarmarkası keçirilib
# 10 sentyabr 2007 13:59 (UTC +04:00)
Balakəndə keçirilən əmək yarmarkasında 30 müəssisə tərəfindən yerli əhaliyə 178 boş iş yeri təklif olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Məşğulluq Mərkəzinin müdiri Əhmədalı Məmmədov məlumat verib. Onun sözlərinə görə, yarmarkaya çıxarılan boş iş yerlərinin 89-u fəhləlik, 65-i qulluqçu, 24-ü isə xidməti iş yerləri olub. Əmək yarmarkasında 390 nəfər yerli sakin iştirak etsə də, yalnız 59 nəfər işlə təmin olunub. İş yerlərinin 39-u özəl müəssisələr tərəfindən təmin edilib. Ə. Məmmədov həmçinin iş yerlərində əhaliyə təklif olunan maaşların minimum 50, maksimum isə 120 manat civarında olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR