Bank Of Baku

Naxçıvan MR Ağsaqqallar Şurasına yeni sədr seçilib

Naxçıvan MR Ağsaqqallar Şurasına yeni sədr seçilib
# 10 sentyabr 2007 14:02 (UTC +04:00)
Naxçıvan MR Ağsaqqallar Şurasına yeni sədr seçilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, seçimlə bağlı məsələ şuranın qurultayında müzakirə edilib. Əbülfəz Əsgərov səs çoxluğu ilə Naxçıvan MR Ağsaqqallar Şurasının sədri seçilib. Bundan başqa, 11 nəfər şura üzvü seçilib və 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb. Qurultay çərçivəsində ötən müddət ərzində görülən işlər də müzakirə edilib, nəticələrin qənaətbəxş olduğu qeyd olunub.
Qeyd edək ki, 1996-cı ildə yaradılan şuraya indiyədək həmin dövrdə Naxçıvan MR səhiyyə naziri vəzifəsində işləyən Əqil Mehdiyev rəhbərlik edib. Yeni sədr seçimi Ə. Mehdiyevin səhhəti ilə bağlı müraciətindən sonra baş tutub. Əlavə edək ki, hazırda Naxçıvan MR-də yaşı 65-dən yuxarı 23746 nəfər yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR