Bank Of Baku

Ümumi Qoroskop / 2008

Ümumi Qoroskop / 2008
# 10 sentyabr 2007 14:05 (UTC +04:00)
Bu onu göstərir ki, il çox sakit keçəcək, çoxları öz məqsədlərinə nail ola biləcək, amma bunun üçün ciddi səy göstərməli olacaqlar. Baş verənlərə passiv münasibət, əlbəttə ki, neqativ hadisələrə gətirib çıxarmayacaq. Yeganə problem yalnız ondan ibarət olacaq ki, bir çox əlverişli imkanları əldən qaçıra bilərsiniz.
Yupiterlə Saturn il ərzində torpaq bürclərində yerləşir ki, bu da onu əməli təşəbbüslər üçün uğurlu edir. Bu, karyeranın qurulması, tədricən qarşıya qoyulan məqsədlərə doğru irəliləmək üçün yaxşı dövrdür. Peşəkar yüksəliş, gəlirlərin sabitləşməsi mümkündür. Bu il qazanılan uğuru hər mərhələdə möhkəmlətmək lazımdır, ötəri mənfəətin ardınca qaçmağa dəyməz, o, gəldiyi kimi asanlıqla da gedə bilər.
Yeni ildə uzunmüddətli perspektivə arxalanmaq lazımdır. Əgər daimi əsasda şəxsi biznesinizi açmağı planlaşdırmışdınızsa, il bunun üçün çox uğurludur. 2008-ci il sabitliyi ilə fərqlənəcək, müxtəlif yenilikləri yalnız mart ayndan may ayınadək fəal şəkildə tətbiq etmək olar, ilin qalan hissəsində isə təcrübədən keçirilmiş üsullardan istifadə etsəniz yaxşıdır.
Şəxsi həyat sahəsində də il sabit keçir. Münasibətləri rəsmiləşdirmək, toy və nişan üçün uğurlu dövrdür. İl ərzində yeni tanışlıqlar, çox güman ki, ciddi və uzunmüddətli münasibətlərə gətirib çıxaracaq. Şəxsi həyatda durğunluq dövrü yarana bilər: formalaşmış münasibətlər daha da möhkəmlənir, subaylar öz yarlarını tapır. Planetlərin düzülüşü toyların sayının artacağından, boşanma hallarının isə azalacağından xəbər verir, çünki bir çox sahələrdə, o cümlədən, şəxsi münasibətlərdə dərrakə və sabitliyə can atma üstünlük təşkil edəcək.
2008-ci ilin ən əlverişli ayları yanvar, mart, aprel, may və sentyabr olacaq. Əksər adamların əhval-ruhiyyəsində şəxsi azadlıqla öhdəliklər arasındakı dilemma ən çox 2008-ci ilin noyabrında özünü biruzə verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR