Bank Of Baku

BMT-nin İnkişaf Proqramının Bakı Ofisi Azərbaycanda qender durumuna dair hesabat açıqlayıb

BMT-nin İnkişaf Proqramının Bakı Ofisi Azərbaycanda qender durumuna dair hesabat açıqlayıb
# 10 sentyabr 2007 17:02 (UTC +04:00)
Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova, BMT-nin Bakı Ofisi, Norveçin Azərbaycandakı səfirliyi, həmçinin Türkiyədən olan ekspert Ayşə Ayata təqdim ediblər. Hesabatda Azərbaycanda gender probleminə həm keyfiyyət, həm də fərdiləşdirmə baxımından qiymət verilib. Sənəddə ölkəmizdə kişi və qadınları məşğulluq, təhsilə yiyələnmə, səhiyyə xidmətlərindən istifadə, sosial məşğulluğuna dair rəqəmlər öz əksini tapıb. Müəlliflər bir sıra problemləri qeyd etməklə yanaşı, Azərbaycanda gender probleminin həlli sahəsində irəliləyiş olduğunu vurğulayıblar. Hesabatı hazırlayanlar bildiriblər ki, sənəd Azərbaycandakı mövcud durumu digər ölkələrlə müqayisə etmək məqsədilə hazırlanmayıb, əksinə bu sənəd ölkədə gender sahəsində vəziyyəti daha da yaxşılaşdırmaq mesajı daşıyır. Qeyd edək ki, Azərbaycanda gender durumuna dair hesabat Norveç səfirliyinin maliyyə vəsaiti hesabına hazırlanıb. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR