Bank Of Baku

Qusarın Yuxarı Zeyxuroba kəndindəki yarımstansiyada yanğın baş verib

Qusarın Yuxarı Zeyxuroba kəndindəki yarımstansiyada yanğın baş verib
# 11 sentyabr 2007 08:39 (UTC +04:00)
Sentyabrın 10-da axşam saatlarında Qusar rayonunun Yuxarı Zeyxuroba kəndindəki yarımstansiyada baş vermiş yanğının qarşısı qısa müddətdə alınıb. Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən xəbərə görə, hadisə yerinə gələn dövlət yanğından mühafizə hissəsinin üç yanğınsöndürmə maşını yanğının qarşısını çox qısa müddətdə ala bilib. Qusar şəhəri təxminən 40 dəqiqə işıqsız qalıb. Yuxarı Zeyxurun hava xəttinə daxil olan kəndlərə isə elektrik enerjisi vermək mümkün olmayıb. Bu gün həmin kəndlərə işığın verilməsi bərpa olunacaq. Lakin araşdırmalar zamanı məlum olub ki, yarımstansiyanın 35 kilovoltluq Yuxarı Zeyxur hava xəttinin izolyatorunda partlama baş verib. Faktla bağlı araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR