Bank Of Baku

Azərbaycan I Ümumdünya Sosial Təminat Forumunda iştirak edir

Azərbaycan I Ümumdünya Sosial Təminat Forumunda iştirak edir
# 11 sentyabr 2007 13:38 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Moskvada səfərdədir. Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, səfərin məqsədi sentyabrın 10-15-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının 29-cu Baş Assambleyası çərçivəsində Moskvada keçirilən I Ümumdünya Sosial Təminat Forumunda iştirak etməkdir.
Müxtəlif ölkələrin pensiya və sosial sığorta fondlarının rəhbərləri, siyasətçilər və alimləri olmaqla 1000 nəfərdən çox nümayəndənin qatıldığı forumda dinamik sosial təminatın dəstəklənməsi, sosial təminat sahəsində inkişaf və tendensiyalar, daha dayanaqlı pensiya sistemlərinin işlənib hazırlanması strategiyaları, sosial təminat vəsaitlərinin investisiyası və başqa mövzuların müzakirə edilməsi nəzərdə tutulub. Beynəlxalq Sosial Təminat Assosiasiyasının miqyasına və mahiyyətinə görə ən mötəbər tədbiri hesab olunan Baş Assambleyada isə BSTA-nın proqramı, büdcəsi qəbul olunacaq, qurumun Konstitusiyasına uyğun olaraq, təşkilatın prezidenti, baş katibi, xəzinədarı, Nəzarət Komissiyasının üzvləri və texniki komissiyaların sədrləri kimi yüksək vəzifələrə seçkilər keçiriləcək. Azərbaycanın nümayəndə heyəti sentyabrın 16-da səfərini yekunlaşdıracaq.
Xatırladaq ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının Baş Assambleyası hər üç ildən bir keçirilir. 2004-cü ildə Pekində keçirilən tədbirdə S.Müslümov Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR