Bank Of Baku

Gürcüstanın Azərbaycanla sərhəd ərazilərində mal-qara arasında yayılan brusellyoz xəstəliyi artıq insanlara keçib

Gürcüstanın Azərbaycanla sərhəd ərazilərində mal-qara arasında yayılan brusellyoz xəstəliyi artıq insanlara keçib
# 12 sentyabr 2007 12:31 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumata görə, xəstəlik artıq insanlara da keçib. Məlumatda 26 nəfərin bu xəstəliyə yoluxduğu, onların müalicə olunduğu qeyd edilir. Xəstə heyvanların məhv edilməsi barədə artıq qərar qəbul edildiyi də bildirilib.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə APA-ya bildirib ki, xroniki xəstəlik olan və qanla yoluxan brusellyoz xəstəliyinə görə Gürcüstandan Azərbaycana mal ətinin gətirilməsinə qadağa və ya məhdudiyyətin qoyulması nəzərdə tutulmayıb. Brusellyoz xəstəliyinin aşağı səviyyədə Azərbaycanda da mal-qara arasında müşahidə edildiyini deyən Y. Xanvəli qeyd edib ki, istənilən xarici ölkədən Azərbaycana diri mal gətirilərkən 40 gün müddətində karantində saxlanılır və bu müddətdə bütün xəstəliklərə görə yoxlanılır. Əgər hər hansı xəstəlik aşkarlanırsa, ətin idxalına icazə verilmir. Y. Xanvəlinin sözlərinə görə, brusellyoz xəstəliyi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə mütəmadi müayinələr aparılır. Sentyabrın 17-dən isə yenidən nəzarəti müayinələrə başlanılacaq. Məqsəd yerlərdə aparılan müayinələri bir daha dəqiqləşdirmək və yerlərin baytar həkimlərinə bu sahədə yardım göstərməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR