Bank Of Baku

Səudiyyə Ərəbistanı Azərbaycandakı məcburi köçkünlərə yardım etmək üçün Ümumdünya Ərzaq Proqramına ianə verib

Səudiyyə Ərəbistanı Azərbaycandakı məcburi köçkünlərə yardım etmək üçün Ümumdünya Ərzaq Proqramına ianə verib
# 12 sentyabr 2007 14:08 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Krallığı BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) Azərbaycandakı məcburi köçkünlərin ən yoxsul təbəqələrinə yardım etmək üçün ianə verib. ÜƏP-in Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, təşkilatın Azərbaycan üzrə ölkə direktoru Linn Miller Beyləqan rayonuna olan bugünkü səfəri zamanı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Əli Həsən Cəfərə təşəkkürünü bildirib, rayonda məskunlaşmış 380 ailəyə (1600-dən çox insana) Səudiyyə Ərəbistanından göndərilmiş 3 ton xurma paylanılıb. Son yeddi il ərzində Səudiyyə Ərəbistanı ÜƏP-in dünya üzrə fəaliyyətinə 54 milyon ABŞ dolları dəyərində ianə edərək ən mühüm donorlar sırasına daxil olub. Yalnız ötən il ərzində ÜƏP-in dünya üzrə fəaliyyətinə 34 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Qeyd edək ki, Azərbaycanda fəaliyyətinə 1994-cü ildən başlayan ÜƏP-in yardım layihəsinin müddəti 2008-ci ilin ortalarına qədərdir. Layihənin dəyəri 15,9 milyon ABŞ dollardır. Hazırda maliyyə təminatında 39 faizlik çatışmazlıq mövcuddur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR