Bank Of Baku

Bu il Azərbaycanda 60 155 ailəyə ünvanlı sosial yardım təyin olunub

Bu il Azərbaycanda 60 155 ailəyə ünvanlı sosial yardım təyin olunub
# 12 sentyabr 2007 15:20 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli mərkəzlərinə bu il ərzində ünvanlı dövlət sosial yardım (ÜSY) almaq üçün 159 060 ailə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yardımın təyin olunması üçün 130 931 ailə qeydiyyata alınıb. Onların 59 977-i ilk dəfə qeydiyyata alınanlar, 70 954-i təkrar müraciət edənlərdir. İl ərzində yardım 60 155 ailəyə təyin olunub. Bu ailələrin 17 914-nə yardım ilin ilk yarısında, 42 241-ə ikinci yarısında təyin edilib. İlk dəfə yardım 21 586 ailəyə verilib. Təkrar yardım təyin olunan ailələrin sayı isə 39 246 olub.
Qeyd edək ki, bir ailə üzvünə düşən orta aylıq ÜSY məbləği 16,36 manata, bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 77,98 manata çatıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR