Bank Of Baku

Azərbaycan Asiya və Sakit okean regionunda əlillər üzrə yüksək səviyyəli hökumətlərarası iclasda iştirak edəcək

Azərbaycan Asiya və Sakit okean regionunda əlillər üzrə yüksək səviyyəli hökumətlərarası iclasda iştirak edəcək
# 13 sentyabr 2007 13:31 (UTC +04:00)
Sentyabrın 17-23-də Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Şakit okean regionu ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən həmin regionda əlillər üzrə on illiyin (2003-2012-ci illər) yarımdövrlük icmalına dair yüksək səviyyəli hökumətlərarası iclas keçiriləcək. Bu barədə “APA-Economics”ə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, iclasda Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılığı ilə ƏƏSMN-nin və Xarici İşlər Nazirliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək. N.Məmmədov iclasda qeyd olunan sahədə Azərbaycanda görülən işlər, əldə olunan nəticələr barədə məlumat verəcək. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR