Bank Of Baku

Azərbaycandakı son 3 çadır şəhərciyindəki köçkünlərin yeni salınan qəsəbələrə köçürülməsinə başlanılıb

Azərbaycandakı son 3 çadır şəhərciyindəki köçkünlərin yeni salınan qəsəbələrə köçürülməsinə başlanılıb
# 13 sentyabr 2007 13:37 (UTC +04:00)
Qaçqın və Məcburi Köçkün İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynov “APA-Economics”ə bildirib ki, çadır şəhərciklərinin 1-i Sabirabadda, 2-i Saatlı rayonunda yerləşir. Bu düşərgələrdə, eyni zamanda İmişlidə dəmiryolu üzərindəki yük vaqonlarında məskunlaşan 4179 köçkün ailəsinin köçürülməsi üçün Biləsuvar, Füzuli, Sabirabad, Ağcabədi və Ağdamda 13 yeni qəsəbə tikilib. Ağdamdakı yeni qəsəbəyə Ağdamdan olan 35 köçkün ailəsi artıq köçürülüb. Biləsuvardakı 5 yeni qəsəbəyə Cəbrayıl rayonundan olan 1858 köçkün ailəsinin, Ağcabədinin Taxta körpü qəsəbəsindəki yeni qəsəbəyə 21 Laçın köçkün ailəsinin köçürülməsinə başlanılıb, Sabirabaddakı yeni qəsəbəyə Zəngilan rayonundan olan 161 köçkün ailəsinin köçürülməsi isə başa çatmaq üzrədir. Füzulidəki 5 yeni qəsəbəyə Füzuli rayonundan olan 2104 köçkün ailəsinin köçürülməsinə yaxın günlərdə başlanılacaq. Ümumilikdə, oktyabrın sonuna kimi köçkünlərin yeni qəsəbələrə köçürülməsinin yekunlaşması nəzərdə tutulub.
Xatırladaq ki, ümumilikdə Azərbaycanda 12 çadır şəhərciyi olub və onun 9-u artıq ləğv edilib. /APA-Economics/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR