Bank Of Baku

Xaçmazın Qıraqlı kənd sakinləri işıqsız qalıblar

Xaçmazın Qıraqlı kənd sakinləri işıqsız qalıblar
# 14 sentyabr 2007 07:40 (UTC +04:00)
Dünən Xaçmaz rayonunun Qıraqlı kənd sakinləri işıqsız qalıblar. Kənd sakinləri APA-nın şimal bürosuna bildiriblər ki, sentyabrın 13-də bütün gün ərzində və gecə kəndə verilən elektrik enerjisi dayandırılıb. Onların Xaçmaz regional elektrik şəbəkəsinin rəhbərliyinə müraciətləri də nəticəsiz qalıb. Sakinlərə deyilib ki, 108 abonentin 80 nəfəri işıq pulunu ödəmədiyi üçün belə tədbirə əl atılıb. Sakinlər problemi yerində araşdırmaq üçün adı çəkilən qurumdan nümayəndə tələb ediblər. Saat 20:30 radələrində regional elektrik şəbəkəsinin iki əməkdaşı kənd sakinləri Anar Məmmədov, Rüfət Osmanov, Fuad Musayev və başqaları ilə birlikdə bir saatdan artıq monitorinq keçiriblər. Kənddəki 21 evdə aparılan yoxlama zamanı cəmi 1 nəfərin avqust ayının borcunu sentyabrın 13-də ödədiyi aşkarlanıb. Məlum olub ki, sakinlərin əksəriyyəti işıq pulunu sentyabrın 4-də regional elektrik şəbəkəsinin nəzarətçisi Nəsib Məmmədova nağd şəkildə verərək qəbz də alıblar. Lakin vəsait Xaçmaz regional elektrik şəbəkəsinin hesabına keçirilmədiyi üçün bu haqda məlumat kompüter sisteminə daxil olmayıb. Xaçmaz Rayon İcra Hakimiyyətindən isə APA-nın şimal bürosuna bildiriblər ki, Qıraqlı kəndindəki problem ciddi araşdırılacaq və müvafiq ölçü götürüləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR