Bank Of Baku

Xaçmazda regional avtodrom istifadəyə verilib

Xaçmazda regional avtodrom istifadəyə verilib
# 14 sentyabr 2007 11:54 (UTC +04:00)
Xaçmaz rayonunda yeni avtodrom istifadəyə verilib. APA-nın şimal bürosunun məlumatına görə, Respublika Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Xaçmazdakı avtomobil məktəbində regional avtodromun açılış mərasimi keçirilib. Şimal rayonlarının hərbi komissarlarının qatıldığı tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Quba Rayon İcra Hakimiyyətinin başçısı Arzuman Əliyev də iştirak edib. cəmiyyətin respublika Şurasının sədri Novruzəli Orucov bildirib ki, avtodromun açılmasında məqsəd gənclərin hərbi hazırlıq səviyyəsini yüksəltməkdir: “Bu avtodromda minik və yük maşınları təlim keçəcək. Avtodrom ərazisində şərti minalanmış sahə də var”. Tədbirin sonunda gənclər müxtəlif avtomobillərlə təlim nümayiş etdiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR