Bank Of Baku

Sumqayıt şəhərinin nümayəndə heyəti Avstriyanın Lints şəhərində səfərdə olacaq

Sumqayıt şəhərinin nümayəndə heyəti Avstriyanın Lints şəhərində səfərdə olacaq
# 14 sentyabr 2007 12:17 (UTC +04:00)
Sumqayıt şəhərinin nümayəndə heyəti 16-19 sentyabr tarixlərində Avstriyanın Lints şəhərində səfərdə olacaq. Bu barədə APA-ya Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib. O bildirib ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Teymur Vəliyevin rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibində dövlət və özəl müəssisələrin nümayəndələri və iş adamları olacaq. Səfər zamanı onlar Lints şəhərinin rəhbərliyi, şəhər Ticarət Palatasının nümayəndələri ilə görüşəcək, bir sıra müəssisələrə baş çəkəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR