Bank Of Baku

Şəkidə 5 ailə zorla evindən çıxarılıb

Şəkidə 5 ailə zorla evindən çıxarılıb
# 14 sentyabr 2007 14:06 (UTC +04:00)
Bu gün Şəki İpəkçi İnşaat NTK-nın inşa etdiyi Beynəlxalq Banka məxsus binanın həyətində qanunsuz məskunlaşan 5 ailə zorla evindən çıxarılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna evsiz qalan rayon sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə onlara ev tikmək üçün 2002-ci ildə rayon rəhbərliyi icazə verib. Həmin ərazidə məskunlaşan rayon sakinləri indi yaşadıqları mənzilləri tərk etmək istəmirlər. Lakin sakinlərin etirazına baxmayaraq, bu gün polis əməkdaşlarının köməyi ilə tikinti gedən ərazidəki mənzillər boşaldılıb. Sakinlərə müvəqqəti sığınacaq kimi Şəki İpək Kombinatının yataqxanası təklif olunub. Lakin sakinlər yataqxanaya getməkdən imtina edib. Uzun çəkən mübahisədən sonra evsiz qalan sakinlər yataqxanada yerləşmək məcburiyyətində qalıblar.
Şəki rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, həmin sakinlər sözügedən ərazidə rayon rəhbərliyinin razılığı ilə 2002-ci ildə yaşayış vəziyyətlərinin ağır olması nəzərə alınaraq müvəqqəti yerləşdirilib. Bu gün isə onlar Ali Məhkəmənin qərarına uyğun olaraq qanunsuz yaşadıqları mənzilləri boşaldıblar. Qeyd edək ki, evsiz qalan sakinlər haqsızlıqla barışmayacaqlarını və məsələ ilə bağlı ölkə başçısına müraciət edəcəklərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR