Bank Of Baku

Salyanda çörəkbişirmə sexinə qaz verilişi dayandırılıb

Salyanda çörəkbişirmə sexinə qaz verilişi dayandırılıb
# 14 sentyabr 2007 14:08 (UTC +04:00)
Salyan rayonunda yerləşən iki böyük çörəkbişirmə sexlərindən birinə bir aydan artıqdır ki, qaz verilişi dayandırılıb. Sexin rəhbəri, sahibkar İlqar Əliyevin APA-ya verdiyi məlumata görə, bir ay əvvəl onlara verilən qaz dayandırılıb. Buna səbəb sexin sayğacının işləməməsi olub: “Qanunla idarə özü bizi sayğacla təmin etməlidir. Amma mən özüm 4600 manat xərc çəkib sayğac qoydurdum, boruları yenilədim. Neçə gündür ki, hər şey hazırdır, amma yenə də qaz vermirlər”. İ. Əliyevin sözlərinə görə, hazırda onlar propan qazı ilə işləyirlər ki, bu da sexdə işləyən 60 nəfər üçün olduqca təhlükəlidir. O, məsələ ilə bağlı “Azəriqaz” ASC-nin, rəhbərliyinə rəsmi müraciət etdiyini, lakin heç bir tədbirin görülmədiyini bildirib.
Salyan Qaz İstismar İdarəsinin rəisi Namiq Nəcəfov isə APA-ya bildirib ki, onların bu addımında qeyri-qanuni bir məsələ yoxdur: “Sənaye və Energetika Nazirliyinin və “Azəriqaz”ın nümayəndələri bir ay bundan əvvəl sexdə oxlama aparıblar və bir sıra nöqsanlar aşkar ediblər. Onlar həmin nöqsanların aradan qaldırılması üçün bir ay möhlət vermişdilər. İndi problemlərin əksəri aradan qaldırılıb və biz “Azəriqaz”a müraciət etmişik ki, sexə qaz verilişinin bərpasına icazə verilsin. Müraciətə müsbət cavab verilən kimi qaz verilişi bərpa olunacaq”. N. Nəcəfov həmçinin sexdə bir sıra nöqsanların hələ də mövcud olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR