Bank Of Baku

Azərbaycanda pensiyaçıların 64%-i pensiyasını plastik kartla alır

Azərbaycanda pensiyaçıların 64%-i pensiyasını plastik kartla alır
# 14 sentyabr 2007 14:15 (UTC +04:00)
Hazırda Azərbaycanda 1,1 mln. pensiyaçının 700 mindən çoxu pensiyasını plastik kartla alır. Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan “APA-Economics”ə verilən məlumata görə, bundan 200 min nəfərə yaxını pensiyasını “Kapital Bank”, 500 min nəfərdən çoxu isə Beynəlxalq Bank vasitəsilə alır.
Kənd yerlərində yaşayan təxminən 200 min pensiyaçıya müavinət plastik kartlarla verilir. Hazırda isə qəsəbə və rayon mərkəzlərinə yaxın olan kəndlərin pensiyaçılarının kartla təminatı prosesi gedir. Fonddan bildirilib ki, son vaxtlar kəndlərdən 40 min nəfər kart almaq üçün fonda müraciət edib və artıq bu kartlar sifariş edilib.
Hazırda Azərbaycan Beynəlxalq Bankı və “Kapital Bank”ın respublika üzrə ümumilikdə 376 bankomatı quraşdırılıb. Son vaxtlar müxtəlif qəsəbə və kəndlərdə 27 yeni bankomat quraşdırılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR