Bank Of Baku

“RTR-Planeta”nın Azərbaycanda yayımı ilə bağlı məsələyə Milli Teleradio Şurasının növbəti iclaslarında baxılacaq

“RTR-Planeta”nın Azərbaycanda yayımı ilə bağlı məsələyə Milli Teleradio Şurasının növbəti iclaslarında baxılacaq
# 14 sentyabr 2007 14:25 (UTC +04:00)
APA-nın məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli iclasdan sonra bildirib ki, Azərbaycan və Rusiya hökumətləri arasında danışıqların davam etdiyini nəzərə alaraq, bu məsələyə qurumun növbəti yığıncaqlarda baxılması qərara alınıb: “Artıq bilirsiniz ki, Rusiya tərəfi öz təkliflərini Azərbaycan tərəfinə təqdim edib. Lakin həmin sənəd hələlik bizə təqdim edilməyib. Həmin məsələyə növbəti iclaslarda baxacağıq”.
Qeyd edək ki, Azərbaycanın teleradio yayımçılarının proqramlarının Rusiya ərazisində, Rusiya teleradio yayımçılarının proqramlarının isə Azərbaycanda yayımının qayda və şərtlərinə dair iki ölkənin hökumətlərarası saziş layihəsi üzərində iş tam başa çatdırıb. Saziş layihəsini hazırlayan İşçi qrupların iyulun 23-də Bakıda keçirilən görüşündə əldə olunan razılaşmaya əsasən, texniki müqavilə ilə bağlı Moskvada növbəti görüş keçirilməli, müqavilənin imzalanması müzakirə olunmalı idi. Bu iclas keçirilməsə də, texniki müqavilənin mətni Rusiya tərəfindən baxılaraq, dünən Azərbaycana təqdim olunub. Xatırladaq ki, hökumətlərarası saziş layihəsində RTR-in Azərbaycanda, Az.TV-nin isə Rusiyada yayımının paritet əsaslarda aparılması məsələsi öz əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR