Bank Of Baku

STV-nin tezliyinə sahib olan Azərbaycanın “Xəzər” TV kanalı oktyabrın 1-dən efirə çıxacaq

STV-nin tezliyinə sahib olan Azərbaycanın “Xəzər” TV kanalı oktyabrın 1-dən efirə çıxacaq
# 14 sentyabr 2007 14:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, artıq icarə sənədləri MTRŞ-yə təqdim olunub: “Bizə bildiriblər ki, qısa müddətdə həmin avadanlıqlar alğı-satqı yolu ilə “Xəzər” TV-yə veriləcək”.
N. Məhərrəmlinin sözlərinə görə, “Xəzər” TV əvvəllər STV-nin Azərbaycan təmsilçiliyində çalışan işçiləri də yaddan çıxarmayacaq. O, bildirib ki, STV-nin əsas heyəti “Xəzər” TV-də işə götürüləcək: “Təbii ki, onlar bu işçilərlə kifayətlənməyəcəklər. 24 saat efirdə olmaq üçün “Xəzər” TV-yə böyük - təqribən 250-300 nəfərlik işçi heyəti lazımdır”.
N. Məhərrəmli deyib ki, “Xəzər” TV oktyabrın 1-dən efirə çıxmaqla bağlı Şuraya qarantiya verib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR