Bank Of Baku

Dünya Bankı Azərbaycanda məcburi köçkünlərə 30 mln. dollaradək yardım ayırmaq niyyətindədir

Dünya Bankı Azərbaycanda məcburi köçkünlərə 30 mln. dollaradək yardım ayırmaq niyyətindədir
# 14 sentyabr 2007 15:31 (UTC +04:00)
Dünya Bankı (DB) 2007-ci ilin sonunadək Azərbaycanda məcburi köçkünlərə yardım göstərilməsinin ikinci mərhələsini həyata keçirməyə başlamağı planlaşdırır. "APA-Economics"in məlumatına görə, bunu DB-nin Qafqaz və Mərkəzi Asiyada davamlı inkişaf sektorunun direktoru Piter Tomson bildirib: “Biz ikinci mərhələ çərçivəsində 10-30 mln. ABŞ dolları məbləğində yardım göstərməyi planlaşdırırıq”.
P.Tomsonun sözlərinə görə, vəsait yeni məktəblərin açılmasına və müəllimlərin peşə hazırlığının artırılmasına sərf ediləcək. Əlavə maliyyələşdirmə olduğu halda isə bu imkanlar genişləndirilə bilər.
Qeyd edək ki, Azərbaycanda məcbüri köçkünlərə yardım göstərilməsinin birinci mərhələsi çərçivəsində DB ölkə hökumətinə 11,5 mln. dollar ayırıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR