Bank Of Baku

BMT-nin baş katibi Ozon Qatının Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə müraciət edib

BMT-nin baş katibi Ozon Qatının Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə müraciət edib
# 14 sentyabr 2007 16:41 (UTC +04:00)
“İnkişaf etmiş ölkələr ozon qatını dağıdan maddələrdən istifadəni demək olar ki, tamamilə dayandırıblar. İnkişaf etməkdə olan ölkələrdə isə bunlardan istifadə 80%-ə qədər azaldılıb. Monreal Protokolu üzvlərinin uzaqgörənliyi və bu işə ürəkdən tərəfdar olması real nəticələr verib”. Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Ozon Qatının Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə müraciətindədir. APA-nın məlumatına görə, baş katib öz müraciətində Ozon qatını dağıdan maddələrə qarşı görülən tədbirlərin digər faydaları da olduğunu qeyd edib. Onun sözlərinə görə, bu kimyəvi maddələrin çoxu qlobal istiləşməyə səbəb olur: “Həmin maddələrdən istifadənin kəskin azaldılması iqlim dəyişikliyinin qarşısını almaqda aparılan işlərə kömək edib. Bu gün Monreal Protokolunun 20 illiyini qeyd edərkən əldə etdiyimiz uğurlar bizə sevinməyə əsas verir, lakin arxayınçılığa yol vermək olmaz. Alimlər xəbərdarlıq edirlər ki, ozon qatı hələ bir müddət təsirlərə xüsusilə həssas olacaq. Monreal Protokoluna üzv olan dövlətlər əldə olunmuş sazişə əməl etməli və İnkişaf edən ölkələrdə xloroftorkarbonatın istehsalını 2010 cu ilə Monreal protokolunda müəyyən olunmuş vaxta kimi dayandırılmasına nail olmalıdırlar”. Baş katib 20 il əvvəl Monreal Protokolu imzalanarkən vəziyyətin bu cür dəyişməsinin mümkün olacağına tam əminlik olmadığını qeyd edib: “O zaman hər il atmosferə təxminən iki milyon tona yaxın ozon qatını dağıdan maddələr atılırdı. Bu kimyəvi preparatlar kənd təsərrüfatı, soyutma sistemləri, əczaçılıq, həmçinin mebel istehsalında istifadə olunurdu. Bu maddələr çox geniş istifadə olunduğuna görə bəziləri əmin olmuşdular ki, onlardan tam imtina etmək əlverişli olmamaqla bərabər həm də qeyri-mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR